Rusiyada 1 həftə qeyri-iş günü elan edildi

Prezident Vladimir Putin maaşların saxlanması şərti ilə martın 30-dan aprelin 5-dək olan günləri qeyri-iş günü elan edib. 

ONN media xəbər verir ki, Rusiya Prezidenti bu barədə vətəndaşlara etdiyi televiziya müraciətində açıqlama verib.

Bununla həftəsonları da nəzərə alınmaqla tətil 28 mart şənbə günündən 5 aprel bazar gününə qədər davam edəcək.

Qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq qəbul edilib.