Rusiyada ağır qəza: 14 ölü – VİDEO

Rusiya Federasiyası Mariy El Respublikasında “KamAz”la mikroavtobusun iştirakı ilə baş verən yol qəzasında 14 nəfər ölüb.
ONN media-nın xəbərinə görə, bu barədə İnterfax nəşrinə hüquq-mühafizə orqanlarında məlumat verilib.
Qəza zamanı xəsarət alan daha dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, mikroavtobusda ümumilikdə 21 nəfər olub.
Qəzaya səbəb kimi regionda hava şəraitinin pisləşməsi göstərilir.