Rusiyada dəhşətli yanğın: 3 uşaq yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.
ONN media-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə Svirsk şəhərində qeydə alınıb.
Hadisə nəticəsində 3 uşaq yanaraq ölüb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.