Rusiyada helikopter sərt eniş etdi: yaralılar var

Rusiyanın Kamçatka yarımadasında Mi-8 helikopteri sərt eniş edib.

ONN media xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Qəza zamanı helikopterdə 25 nəfər olub. Hadisə Dzendzur vulkanının yaxınlığında baş verib.