Rusiyada ticarət mərkəzində güclü yanğın baş verib

Rusiyanın Orenburq şəhərində fəaliyyət göstərən “Mir” Ticarət Mərkəzində güclü yanğın baş verib.
ONN media Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Hadisə bölgəsində müvəqqəti olaraq hərəkət dayandırılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən verilən məlumata görə, yanğın təxminən 1,2 min kv.m. sahəni əhatə edib.