Rusiyada yenidən güclü yanğın baş verib

Permdə (Rusiya) şəhərin ən böyük istilik elektrik stansiyasında (İES-9) güclü yanğın baş verib. 

ONN media xəbər verir ki, bu barədə RF Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilir ki, İES-də qazanxana və turbin sexinin dam örtüyü yanır.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.