ONN İnformasiya Agentliyi

Rusiyada yenidən səfərbərlik ola bilər?

Rusiyada yenidən səfərbərlik ola bilər?
11 Yanvar 2023 - 12:11

Rusiyada gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiyatını artıra bilər. Ehtiyat hərbçilər də məhz bunun üçün nəzərdə tutulub, lakin hər şey münaqişələrin miqyasından asılı olacaq.

ONN media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov deyib.

Generalın fikrincə, Rusiya genişmiqyaslı müharibə olacağı təqdirdə səfərbərlik ehtiyatından tam imtina edə bilməyəcək.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatasının müdafiə komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib ki, Rusiya “Polşanın müdaxiləsi halında” və Qərb hərbçilərinin qarşısını almaq üçün səfərbərlik ehtiyatını artırmalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png