ONN İnformasiya Agentliyi

Rusiyadakı səfirliyimiz rəsmi məlumat yaydı

Rusiyadakı səfirliyimiz rəsmi məlumat yaydı
23 Mart 2024 - 17:38

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın 22-də “Crocus City Hall”un konsert zalında baş vermiş terror aktı ilə əlaqədar bütün məsul işçilərə diplomatik nümayəndəlikdə qalmağı tapşırıb.

ONN media xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, indiyədək təcili tibbi yardımla bağlı heç bir müraciət daxil olmayıb:

“Terror aktı qurbanları ilə bağlı ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda yox idi. Lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, böyük ehtimalla Rusiya vətəndaşı da var”.

Qeyd edilib ki, səfirlik öldürülən şəxsin meyitinin saxlanıldığı yerin müəyyən edilməsi, o cümlədən mərhumun qohumlarının və tanışlarının məlumatlandırılması üçün bütün lazımi tədbirləri görür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png