ONN İnformasiya Agentliyi

Rusiyadan Paşinyanın “İsgəndər”lə bağlı iddialarına SƏRT CAVAB

Rusiyadan Paşinyanın “İsgəndər”lə bağlı iddialarına SƏRT CAVAB
24 Fevral 2021 - 14:28

Ermənistanın baş naziri Nikol Paşinyanın II Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərininin yararsızlığı və partlamaması barədə iddiaları Rusiyada hiddətə səbəb olub.

ONN media  xəbər verir ki, Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın Rusiyanın raket sistemlərinin işini şübhə altına almasına etiraz edib.

Viktor Zavarzin erməni siyasətçinin fikirlərini rədd edib. Onun sözlərinə görə, Paşinyan bu şəkildə özünün günahsız olduğunu əsaslandırmağa, Dağlıq Qarabağdakı məğlubiyyətinə bəraət qazandırmağa çalışır.

“Bir insan özünə bəraət qazandırmağa çalışırsa, onun üçün “İsgəndər”lər də yararsızdır, erməni xalqı və ordusu da günahkardır. Əlbəttə ki  Paşinyanın dedikləri doğru deyil. Rusiya istehsalı olan “İsgəndər” müxtəlif təlimlərdə sınaqdan çıxıb və hədəfi çox yüksək dəqiqliklə vura bilib. Buna heç bir şübhə ola bilməz. Suriyada da “İsgəndər”lərdən çox dəqiq və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın iddiaları ilə qəti razı deyiləm”.

Rusiyalı siyasətçi bildirib ki, “İsgəndər”lə bağlı iddialar Qərbin diqtəsilə əsassız olaraq gündəmə gətirilir.    /modern.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png