Rusiyalı boksçu döyüşdən sonra öldü

Rusiyalı boksçu Maksim Dadaşav ABŞ-da Sabriel Matias ilə keçirilən döyüşdən sonra ölüb.

ONN media xəbər verir ki
, 28 yaşlı idmançının ölümünə görüş zamanı başından aldığı ciddi zərbələr səbəb olub.

Belə ki, o, rəqibi ilə döyüşdə başından zərbələr alıb və görüşü 11-ci raundda dayandırmalı olub. Halı pisləşən rusiyalı boksçu xəstəxanaya çatdırılıb. Komaya düşən idmançının həyatını xilas etmək mümkün olmayıb.