ONN İnformasiya Agentliyi

Rusiyanın hərbi texnikaları Türkiyə sərhədinə çatdı

Rusiyanın hərbi texnikaları Türkiyə sərhədinə çatdı
27 Oktyabr 2019 - 21:53

Türkiyə ilə Rusiya arasında Soçidə varılan müqaviləyə əsasən etibarlı bölgədə patrul vəzifəsini icra etmək üçün Rusiya Müdafiə Nazirliyi tərəfindən göndərilən onlarla zirehli hərbi maşın Suriyaya çatıb.

ONN media xəbər verir ki, zirehli hərbi maşınlar Suriyadakı Himeymim Hava Bazasına yetişiblər:

“Maşınlar terror təşkilatı YPQ/PKK ünsürləri və silahlarının Suriya-Türkiyə sərhədinin 30 kilometrlik ərazidən kənarlaşdırılmasına kömək edəcək Rusiya hərbi polis qüvvələrinə çatdırılacaq”.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi bundan əvvəlki məlumatında təxminən 300 Rusiya hərbi polisinin Türkiyə-Suriya sərhədinə çatdığını bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png