Rusiyanın itkiləri nə qədərdi?

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 169 890 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 580 tank, 6 932 zirehli maşın, 2 623 artilleriya sistemi, 520 reaktiv yaylım atəşi sistemi, 276 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 214 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 483 avtomobil texnikası və avtosistern, 279 xüsusi texnikadan ibarətdir.