ONN İnformasiya Agentliyi

Rusiyanın “uçan radarı” havaya qalxdı – İlk dəfə

Rusiyanın “uçan radarı” havaya qalxdı – İlk dəfə
18 Noyabr 2017 - 21:59
Rusiyanın A-100 çoxfunksiyalı aviasiya kompleksi bu gün ilk dəfə səmaya qalxıb.
ONN media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Veqa” konserninin mətbuat xidmətindən bildiriblər.
“Uçan radar” adlandırılan A-100-ün əsas funksiyaları havadan radiolakasiya kəşfiyyatı və müşahidə aparmaqdır.
Qeyd edək ki, А-100 aviasiya kompleksi İl-76MD-90А hərbi-nəqliyyat təyyarəsinin bazasında hazırlanıb. Təyyarədə antenna sistemli müqavimət sipəri və yeni nəsl xüsusi radiotexniki avadanlıqlar quraşdırılıb. Havadakı və digər hədəfləri aşkarlayan və izləyən təyyarə hava, su və qurudakı əməliyyatlar zamanı qırıcı və zərbə aviasiyasının idarə edilməsində də iştirak edəcək.
Yeni təyyarə 2020-ci ildə ordunun istifadəsinə veriləcək və А-50 və и А-50U aviakomplekslərini əvəz edəcək.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png