Rusların Ermənistana axını artıb

Rus əmək miqrantları əsasən bu iki ölkəyə axın edir.

Ermənistanda Rusiyadan gələn əmək miqrantlarının sayı son bir ildə 272% artıb, Qazaxıstana da rusiyalıların axını müşahidə olunur.

ONN media xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının Əmək Miqrasiyası və Sosial Müdafiə Departamentinin direktoru Altınay Omurbekova deyib.

“Biz yalnız işçilərlə bağlı statistika aparırıq, yəni bunlar işləmək üçün gedən insanlardır. Ermənistan və Qazaxıstana 2022-ci ildə axının artması barədə məlumatlarımız var. Məsələn, Ermənistanda 2021-ci illə müqayisədə artım 272% təşkil edir. Qazaxıstanda da təxminən 70% artım var”, – Omurbekova bildirib.