Sərkisyan Baş Qərargah rəisi ilə görüşür

Ermənistan Prezidenti Armen Sərkisyan Baş Qərargah rəisi Onik Qasparyanla görüşəcək.

ONN media  xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, A.Sərkisyan vəziyyətin dinc yolla nizamlanması üçün tərəflərlə görüşlərə başlayacaq.

Qeyd edək ki, A.Sərkisyanın bu gün müxalifət liderlərindən olan İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyanla da görüşü gözlənilir.