ONN İnformasiya Agentliyi

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi

Sərkisyan Rusiyaya “casus xidməti” təklif etdi
09 Aprel 2021 - 14:45

Ermənistan Prezidenti Armen Sərkisyan Rusiyaya dünya ermənilərinin xidmətini təklif edib.

ONN media  xəbər verir ki, “Sputnik Ermənistan”a açıqlama verən Sərkisyan dolayı yolla diasporun dünyada Rusiyaya böyük kömək edə biləcəyinə eyham vurub:

“Rusiya keçmiş imperiya ənənələri olan böyük nüvə gücüdür, Ermənistan isə böyük potensiala sahib kiçik ölkədir. Söhbət San-Fransiskodan Kanberraya qədər dünya ölkələrinin əksəriyyətinin ictimai-siyasi həyatına yaxşı inteqrasiya olunmuş diaspordan gedir. Daha çox deyəcəyəm. Dünya ilk pilləyə şəbəkə dövlətlərinin çıxacağı dövrə daxil olur və Ermənistanın belə ölkə olmaq üçün bütün şansları var. Öz növbəsində Rusiya müəyyənləşdirməlidir ki, Ermənistanı necə görmək istəyir”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png