ONN İnformasiya Agentliyi

Səudiyyə İran üçün Ümrə və Həcc ziyarətini ləğv etdi

Səudiyyə İran üçün Ümrə və Həcc ziyarətini ləğv etdi
16 Fevral 2024 - 16:46

Səudiyyə Ərəbistanı hakimiyyəti İran vətəndaşlarının 2024-cü il Həcc-Ümrə ziyarəti icazəsini rəsmi olaraq ləğv edib.

ONN media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata əsasən, iranlı zəvvarların ilk qrupu Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən 7 il sonra Ümrə ziyarətinə getməli idi, lakin İranın “Həcc və Ziyarət” təşkilatı bu il səfərlərin baş tutmayacağını və 30 mindən çox iranlının qeydiyyat vəsaitinin hesablarına qaytarılacağını bildirib.

Bu qərara səbəb “İran Air” aviaşirkətinə məxsus təyyarələrin Səudiyyə Ərəbistanın “Ciddə” hava limanına daxil olmasına icazənin verilməməsi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png