ONN İnformasiya Agentliyi

Səfirdən mühüm Qarabağ açıqlaması: Vaxtdır!

Səfirdən mühüm Qarabağ açıqlaması: Vaxtdır!
23 Dekabr 2017 - 11:57

Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib:

“Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal edilib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”.

Ə. Özoral qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da Azərbaycanın yanında olacağıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png