ONN İnformasiya Agentliyi

Səudiyyədə qadınlar ilk dəfə futbol izləyəcək

Səudiyyədə qadınlar ilk dəfə futbol izləyəcək
09 Yanvar 2018 - 11:59

Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.

ONN media report-a istinadən xəbər verir ki, xanımların Premyer Liqanın XVII turu çərçivəsində 12 – 13 yanvarda baş tutacaq "Əl-Əhli" – "Əl-Batin" və "Əl-Hilal" – "Əl-İttihad", eləcə də ayın 18-də XVIII tur çərçivəsində keçiriləcək "Əl-İttifaq" – "Əl-Fayzali Harma" oyunlarına baxmalarına icazə veriləcək. Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq.

Onların oyunlara buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək. Habelə, zərif cinsin nümayəndələri üçün xüsusi bilet proqramı işlənilərək, hazırlanıb. 

Qeyd edək ki, qadınların futbol matçlarına getmələrinə qoyulan qadağa ötən il oktyabrın 29-da qaldırılıb. Yeni qərar yanvarın 12-dən qüvvəyə minəcək. Səudiyyə Ərəbistanının Ümumi İdman Orqanı hələlik 3 arenada – Ər-Riyaddakı Kral Fəth adına beynəlxalq stadionda, Ciddədəki Kral Abdulla adına stadionda və Əd-Dammamdakı Şahzadə ibn Fəth adına stadionda qadınların futbol matçlarını izləmələrinə icazə verib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png