ONN İnformasiya Agentliyi

Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin DİQQƏTİNƏ – YENİ QANUN

Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin DİQQƏTİNƏ – YENİ QANUN
19 Dekabr 2017 - 21:24

Gələn ildən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər idarə etdikləri motorlu nəqliyyat vasitələri üçün sığorta müqaviləsi imzalayacaqlar.

ONNmedia xəbər verir ki, Gürcüstan parlamenti müvafiq qanun qəbul edib.

Qanuna əsasən, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər.

Gürcüstana gələcək xarici ölkə vətəndaşına idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq. Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, birillik paket üçün 292 GEL ödəyəcəklər.

Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.

Avtomobillərin sığorta edilməsi təşəbbüsü Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən irəli sürülüb.

Sığortasız hərəkət edən minik avtomobili sahibi 100 avro, avtobus sürücüsü 200 avro cərimə olunacaqlar. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png