ONN İnformasiya Agentliyi

Saakaşvili azad oluna bilər?

Saakaşvili azad oluna bilər?
07 Dekabr 2022 - 1:07

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası cümə günü, dekabrın 9-da baş tutacaq.

ONN media xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib.

O bildirib ki, iclas saat 13:00-da Tiflis Şəhər Məhkəməsində keçiriləcək.

Qeyd edib ki, hakim Georgi Arevadze vəkillərin Mixail Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.

Məlumat üçün bildirək ki, 1 dekabr tarixində Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəzadan azad olunması üçün məhkəməyə müraciət edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png