Saakaşvili belə həbs olundu – VİDEO

Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlayıb.
ONN media xəbər verir ki, Bu barədə M.Saakaşvilinin tərəfdaşları bildirib.

Qeyd edək ki, bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib.