Saakaşvili ev dustağı edildi

Kiyev Apelyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ilə bağlı birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

ONN media  xəbər verir ki, Prokurorluğun qərardan verdiyi şikayəti araşdıram Apelyasiya Məhkəməsi M.Saakaşvilinin azadlığının qismən məhdudlaşdırılması haqda qərar qəbul edib.

Qərara əsasən Saakaşvili saat 22:00-dan 07:00-a qədər evini tərk etməməlidir.

Xatırladaq ki, ötən ilin dekabrında Kiyevin Peçersk rayon məhkəməsi Mixeil Saakaşvilinin ev dustağı edilməsi yönündə iddianı rədd etmişdi.

O, Rusiya Federasiyasına qaçan oliqarx Sergey Kürçenko və cinayətkar qüvvələrlə əlaqədə günahlandırılır.