Saakaşvili Kiyevdə mitinqləri bərpa etmək fikrindədir

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili yanvarın 21-dən Ukraynanın paytaxtı Kiyevin mərkəzində tərəfdarları ilə birgə mitinqlərə yenidən başlamaq fikrindədir.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Tatyana Baqranovskaya xəbər verib.

Onun sözlərinə görə, etirazçılar Ali Radanın binası qarşısındakı çadır şəhərciyini yığışdırmayacaqlar.