Saakaşvili: “Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazıram”

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili Ukrayna prezidenti Petro Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazır olduğunu bəyan edib.

ONN media-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bu gün Azadlıq (Maydan) meydanında keçirilən aksiyada P. Poroşenkoya barışıq təklif etmədiyini bir daha bildirib.

M. Saakaşvili səmimi insanları onun P. Poroşenko ilə razılaşması barədə xəbərlərə inanmamağa çağırıb: "Mən, canlı Saakaşvili sizin qarşınızdayam. Biz danışıqlara hazırıq, ancaq biz yalnız  onun istefası barədə danışa və razılaşa bilərik. Ukrayna xalqının ləyaqətinin bərpası üçün onun istefa barədə danışmağımız mümkündür".