ONN İnformasiya Agentliyi

Saakaşvilidən Poroşenkoya AÇIQ MƏKTUB – İstefa ver!

Saakaşvilidən Poroşenkoya AÇIQ MƏKTUB – İstefa ver!
20 Dekabr 2017 - 8:47

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili prezident Pyotr Poroşenkonu könüllü surətdə vəzifəsindən imtina etməyə çağırıb.

ONNmedia xəbər verir ki, o, bunu öz "Feysbuk" səhifəsində paylaşdığı açıq məktubunda deyib.

"Sizin könüllü istefanız əks təqdirdə dərinləşə biləcək siyasi böhranın aradan qaldırılması üçün bəlkə də, son şansdır. Xalqın iradəsi qarşısında baş əyərək könüllü surətdə istefaya gedən prezident əfv və cəzanın yüngülləşəcəyinə ümid bəsləyə bilər", – deyə o bildirib.

Bundan əlavə, Saakaşvili Poroşenkonun ölkədə islahatlar aparmaq istəməsini və onun Ukrayna vətəndaşları arasında reytinqinin aşağı olmasına diqqət yönəldib.

Sabiq qubernator qeyd edib ki, islahatların olmaması və korrupsiya Poroşenkonu "ukraynalılar üçün anti-qəhrəman edəcək və onları ən böyük məyusluğa uğradacaq".(Publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png