Sabiq müdafiə naziri həbs edildi

Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Qvan Çjin həbs edilib.
ONN media xarici mediaya istinadla xəbər verir ki, ona qarşı müxalifətin imicinin düşməsi üçün kibertəhlükəsizlik bölmələrindən istifadə ittihamı irəli sürülüb.
İttihama görə, Çjin 2010-2013-cü illərdə hərbi məlumatlara rəhbərlik etdiyi zaman bir neçə dəfə oxşar əməllər törədib.