Sabiq prezident həbs olunacağından narahatdır

Sabiq prezident Pyotr Poroşenko Kiyevə dönüb.

ONN media xəbər verir ki, Poroeşnko hava limanında sərhədçilərin onu ölkəsinə buraxmamaq istədiklərini bildirib.

“Sərhədçilər məni Ukraynaya girməyə icazə vermək istəmirlər. Hazırda pasportumu vermirlər və deyirlər ki, yoxlanılır”- o qeyd edib.

Hətta verilən xəbərə görə, hüquq-mühafizə orqanının əməkdaşları onu hava limanında həbs etmək istəyir.

Bildirilib ki, Poroşenko hava limanına enən kimi ona məhkəməyə çağırış vərəqəsi təqdim edilib.

Sabiq prezident isə Kiyevə dönüş ərəfəsində Ukraynanın demokratik müxalifətinin birləşməsi barədə çağırış edib.