ONN İnformasiya Agentliyi

Sakarayda Xocalı park açılacaq

Sakarayda Xocalı park açılacaq
31 Yanvar 2018 - 19:49

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımına xatirə olaraq Türkiyənin Sakarya şəhərində park salınacaq.

ONN media-ya bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Hələ iki il əvvəl parkın və xatirə abidəsinin açılması ilə bağlı Sakarya Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Zəki Toçooğlu, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Sakarya nümayəndəsi Aliq Bağırov protoko imzalayıblar.

Geniş tədbirlər gözlənilir. Parkın açılışında hər iki tərəfdən yüksək səviyyəli qonaqların iştirakı gözlənilir. Açılış mərasimi fevral ayının 27-də baş tutacaq. Açılışla yanaşı Sakarya Universitetində Xocalı şəhidlərinin xatirəsinə sərgi və konfrans keçiriləcək. Bundan sonra tədbir yekunlaşacaq”, – deyə E.Eltürk əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png