Sakit okeanda güclü zəlzələ baş verib

Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələlərin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Noumea şəhərindən 416 km cənub-şərqdə baş verib.

Zəlzələ ocağı 45 km dərinlikdə yerləşib.