Sankt-Peterburqda partlayış- YARALILAR VAR

Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.

ONN media xəbər verir ki, hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyə olunub.

İlkin məlumata əsasən, insident nəticəsində 10 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.