ONN İnformasiya Agentliyi

Sarkisyan prezidentliyə namizədinin adını bu gün elan edəcək

Sarkisyan prezidentliyə namizədinin adını bu gün elan edəcək
19 Yanvar 2018 - 10:49

Ermənistan prezidenti Serj Sarkisyan bu gün prezidentliyə namizədinin adını açıqlayacaq. Bu haqda ölkə parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, hakim “Respublika” Partiyasında prezidentliyə namizədlərin məsələsi müzakirə edilib.

“Martın əvvəllərində parlament 4-cü prezidenti seçəcək. Biz bir namizədin məsələsini müzakirə etdik. Hesab edirik ki, o, ən yaxşı şəkildə Ermənistanı dünyaya tanıdacaq. Bu namizəd böyük iş təcrübəsinə malikdir, intellektual qabiliyyəti yüksəkdir, diasporda və Ermənistanda müsbət reputasiyaya malikdir”-deyə Şarmazanov bildirib.

Yerli mətbuatın yazdığına görə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim partiyanın prezidentliyə namizədi olacaq.

Xatırladaq ki, S.Sarqsyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək. (modern.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png