Senatorun “gözəgörünməz eynəyi” gülüş doğurdu – Video

ABŞ senatoru Orrin Hetçin "gözəgörünməz eynəyi" internet istifadəçilərinin gülüşünə səbəb olub.

ONN media Axar.az-a istinadən xəbər verir ki, hadisə senatorun Konqresdə çıxışı zamanı baş verib. Hetç eynəyinin gözündə olduğunu zənn edərək, onu “çıxarmaq” istəyib. Bu əl jestini isə jurnalist Conatan Levayn öz Tvitter səhifəsində yayımlayıb.

Sutkadan az bir vaxtda videonu 60 min insan paylaşıb.