ONN İnformasiya Agentliyi

“Şengen” bölgəsinə dair İNQİLABİ YENİLİK

“Şengen” bölgəsinə dair İNQİLABİ YENİLİK
07 Noyabr 2017 - 12:33

Avropa Parlamentinin Mülki Azadlıqlar Komitəsi Avropa İttifaqında terror, sərhədlərxarici cinayət və qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün “Şengen” bilgi sisteminin yenilənməsinə dair qərar verib.

ONN media xəbər verir ki, Brüsseldə toplaşan komitə sistemin yenilənməsinə dair 3 layihəni qəbul edib.
Yeni sistemlə Avropa İttifaqına daxil olan bir ölkədə terror hadisəsi baş verərəsə, digər bütün üzv ölkələrlə hadisənin detalları paylaşılacaq. Yaxud, bir ölkə hər hansı bir şəxsə giriş qadağası qoyarsa, digər ölkələr də avtomatik olaraq həmin şəxsə qadağa qoyacaq. Sistemdəki növbəti yenilik isə cinayət işləmiş birinin barmaq izləri, ovuc içi, fotoları və DNT bilgilərinin yer aldığı sistemin qurulmasıdır.
“Şengen” bilgi sistemi haqqındakı dəyişikliklər bu mərhələdən sonra üzv ölklərlə birlikdə müzakirəyə çıxarılacaq. Ortaq qərarlar qəbul edildikdən sonra Avropa Parlamentinin Ümumi İclasında səsverməyə çıxarılacaq.
Qeyd edək ki, “Şengen” bölgəsinə Almaniya, Avstriya, Belçika, Çexiya, Sanimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İtaliya, Litva, Latviya, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan və Avropa İttifaqına daxil olmayan İsveçrə, İslandiya, Norveç və Lixtenşteyn kimi ölkələr daxildir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png