Serenay Sarıkaya ilə eşq yaşayan Cem Yılmaz ilk dəfə DANIŞDI

Defne Samyeli ilə boşanan məşhur türkiyəli aktyor Cem Yılmaz gənc aktrisa Serenay Sarıkaya eşq yaşamağa başlayıb.

ONN media xəbər verir ki, ötən gün Yunanıstanın paytaxtı Afinada Serenay ilə fotoları çəkilən Cem Yılmaz bu münasibət haqqında ilk dəfə danışıb.

Reklam üzü olduğu yanacaq şirkətinin tanıtımı üçün təşkil olunan ziyafətə gələn Cem Yılmaz məkanın qarşısında jurnalistlərlə söhbət edib. O, “möhtəşəm bir həyatım var. Afina tətilim çox gözəl keçdi” deyib.

Serenayla rarlarında 18 yaş fərq olan Cem Yılmaz jurnalistin yaş fərqi ilə bağlı sualına gülərək “şəxsiyyət vəsiqəsi verən orqandan gəlibsiniz?” cavabını verib. Əhvalı olduqca yaxşı olan Yılmaz gözəl suallarına görə jurnalistlərə təşəkkür edərək, oradan uzaqlaşıb.

Qeyd edək ki, dünən jurnalistlərin “Cem Yılmazla eşq yaşayırsınız?” sualına Serenay Sarıkaya “Hər şey gördüyünüz kimi” cavabını verərək münasibətlərini təsdiqləmişdi.