ONN İnformasiya Agentliyi

Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham edilir

Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham edilir
04 Dekabr 2019 - 20:46

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.

ONN media bildirir ki, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.

Qeyd edək ki, S.Sarkisyan 2018-ci ilin aprelində baş nazir seçildikdən qısa müddət sonra etiraz aksiyaları nəticəsində istefa vermişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png