Serj Sarkisyan Moskvaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.
Ermənistan mətbuatı yazır ki, səfər noyabrın 15-də həyata keçiriləcək.
Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib ki, Putin-Sarkisyan görüşündə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.
Prezidentlər Rusiyada Ermənistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimində iştirak edəcəklər.
ONN media