ONN İnformasiya Agentliyi

Seyid Abbas Müsəvi Tehrana çağırıldı: SƏBƏB NƏDİR?

Seyid Abbas Müsəvi Tehrana çağırıldı: SƏBƏB NƏDİR?
04 Yanvar 2023 - 15:57

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün İrana gedib.

ONN media xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.

Səfər çərçivəsində Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Səfir iki ölkə və ikitərəfli münasibətlərlə bağlı son hadisələri nazirə hesabat şəklində təqdim edib.

Abdullahian İran hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb.

Eləcə də Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində lazımi göstərişləri verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png