ONN İnformasiya Agentliyi

Şimali Koreyadan Cənubi Koreyaya tələb: “Üzr istəyin”

Şimali Koreyadan Cənubi Koreyaya tələb: “Üzr istəyin”
23 Yanvar 2018 - 15:50

Dünən Cənubi Koreyanın Seul şəhərində Şimali Koreyanın bayrağı və Kim Çen İnin portreti yandırılıb.

ONN media xəbər verir ki, Şimali Koreya cənublulardan hökumət səviyyəsində üzr istəməyi tələb edib. Bu barədə Şimali Koreyanın Moskvadakı səfirliyi məlumat verib.

Məlumatda deyilir: "Cənubi Koreya hökuməti siyasi təxribatları səbəbindən üzr istəməli, cinyətkarları cəzalandırmalı, növbəti dəfələrdə belə halların baş verməməsi üçün tədbirlər görməlidir.

Xalqımıza qarşı bu hərəkət yolverilməzdir. Biz iki dövlət arasında münasibətlərə önəm veririk. Amma fanatların lazımsız hərəkətlərinə də göz yuma bilmərik".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png