ONN İnformasiya Agentliyi

SOCAR terminalında gəmi partladı: ölən var – Foto

SOCAR terminalında gəmi partladı: ölən var – Foto
02 İyul 2019 - 11:36

Türkiyənin İzmir şəhərində yanan gəmi SOCAR şirkətinə məxsus deyil. Partlayışın baş verdiyi gəmi, sadəcə, limanda SOCAR terminalına yan alıb.

Bu sözləri ONN media-ya SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Əhmədov Türkiyənin İzmir şəhərində yanan gəmi ilə bağlı danışarkən deyib.

İ.Əhmədov bildirib ki, partlayış limanın ərazisində deyil, gəminin daxilində olub:

“Partlayışın səbəbi araşdırılır. Yanan gəminin SOCAR-a aid olması ilə bağlı yayılan məlumat yanlışdır”.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərində, Petkim limanının sahilində gəmi partlayıb. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png