Soğan və sarımsağa da QADAĞA GƏLDİ

Koronavirus pandemiyası ilə əlaqədar Avrasiya İqtisadi Birliyi ölkələri yeni qərar qəbul edib.

ONN media xəbər verir ki, qərara əsasən, ölkələrdən bəzi ərzaq məhsullarının çıxarılmasına qadağa qoyulub. Qadağa müvəqqəti xarakter daşıyır. Avrasiya İqtisadi Komissiyasının qərarına əsasən, sənəd onun dərcindən10 gün sonra qüvvəyə minəcək.

Ölkədən çıxarılması qadağan edilən mallar siyahısında soğan, sarımsaq, düyü, qarabaşaq yarması da var. Bu məhsullara qadağa 30 iyuna qədər qüvvədə olacaq. Məhdudiyyət ölkələrin öz əhalisinin zəruri məhsullara olan tələbatını ödəmək məqsədi daşıyır.

Bu, komissiyanın pandemiyanın zərərlərini azaltmağa yönəlik ikinci qərarıdır. Bundan əvvəl, 16 martda COVİD-19-un yayılmasının qarşısını almağa yönəlik məhsulların gömrük rüsumundan azad edilməsi barədə qərar verilib.    /Cebhe.info/