Şok HADİSƏ: pulu olmadığına görə ərini və qızını dəfn edə bilmədi

Qızını və ərini avtomobil qəzasında itirən qadın dəfn xərclərini ödəyə bilmədiyinə görə 3 gün cəsədlərlə yaşayıb.

ONN media xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib.

Dekabrın 31-də ölkənin Pəncab vilayətində baş verən qəzada 40 yaşlı Dalip Singh və 3 yaşlı qızı Anajal ilə birlikdə 5 nəfər həyatını itirib. Dalipin həyat yoldaşı dəfn xərclərini ödəyə bilmədiyinə görə ərini və qızının cəsədlərinə heyvanların zərər verməməsi üçün 3 gün evində saxlayıb.

“Kaş ki, mən də qızım və ərimlə birlikdə ölsəydim”, – deyə çarəsiz qadın bildirib.

Bu məlumat mətbuatda yayımlanandan sonra Hindistanın Qızıl Xaçı idarəsi dəfn üçün qadına 8 min rupi yardım göstərib.