ONN İnformasiya Agentliyi

ŞOK İDDİA- Türkiyədə UNO göründü

ŞOK İDDİA- Türkiyədə UNO göründü
21 May 2023 - 10:12

Mayın 20-də Qaziantep hava limanında baş verən qəribə hadisə müzakirə mövzusuna çevrilib.

ONN media xəbər verir ki, mayın 21-nə keçən gecə təxminən 9000 min fut (2 743 metr) yüksəklikdə iki sərnişin təyyarəsinin ekipajları tərəfindən naməlum obyekt müşahidə edilib. Hadisədən sonra “Qaziantepdə UNO görüldü?” “Qaziantep Hava Limanında UNO hadisəsi nədir?” suallar verilib.

Pilotlar vəziyyəti Qaziantep Hava Nəqliyyatının İdarəetmə Mərkəzinə bildiriblər və aviadispetçerlər də obyekti görüblər.

Qaziantep aeroportunda uçuşlar dayandırılıb.

Bir sıra təyyarələr Şanlıurfa və Adana hava limanlarına yönləndirilib. Vəziyyətlə bağlı rəsmi izahatların daha sonra veriləcəyi qeyd edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png