ŞOK İDDİA- Yenidən meşə yanğını ola bilər?

Türkiyənin Muğla, İzmir, Manisa, Bursa, Balıkəsir və Çanaqqala bölgələrində meşə yanğınlarının olma ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, sözügedən bölgələrdə həftə sonu güclü külək olacaq, bu səbəbdən vətəndaşların meşəlik ərazilərdə ocaq qalamaması tövsiyə olunub.