ONN media

SON DƏQİQƏ: 2 kənd azad edildi, xüsusi təyinatlılar hərəkətə keçdi, türk ordusu…

SON DƏQİQƏ: 2 kənd azad edildi, xüsusi təyinatlılar hərəkətə keçdi, türk ordusu…
10 Oktyabr 2019 - 16:18

Hərəkat çərçivəsində Suriya Milli Ordusu Təl Abyadın qərbindəki Əl Yabsə və Təl Fandər kəndlərini terrorçulardan təmizləyib.

ONN media xəbər verir ki, bu kəndlər hərəkat çərçivəsində təmizlənən ilk iki kənddir.

SMO qüvvələri Təl Abyad mahalının qərbindəki kəndlərdə təhlükəsizlik tədbirləri görür.

***

14:54

“Sülh Çeşməsi” hərəkatı Təl Abyad və Ras əl-Ayn bölgəsində davam edir. Hərəkat başladığı saatdan bu ana qədər 109 terrorçu öldürülüb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Qeyd edək ki, hərəkat ötən gün gecə saatlarından etibarən start götürüb.

***

12:00

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu ölkənin şimalında YPG/PKK və İŞİD terror təşkilatlarına qarşı başladılan “Sülh Çeşməsi” hərəkatı çərçivəsində Təl Abyad – Ras əl Ayn arasındakı Təl Ərkam kəndinə yaxın bağlnatı yolunu nəzarətinə götürüb.

TSQ Ras əl-Aynın qərbindəki Təl Xələf kəndinə yaxın sərhəd divarının bir qismini sökərək bölgəyə girib. Tabatin və Əl-Muşrifah kəndlərinin nəzarəti ordu birliklərinin əlindədir.

YPG/PKK işğalındakı Ras əl-Ayndan təyyarə əleyhinə atılan mərmilər Ceylanpınardakı 3 evə düşüb. Evlərdən birindəki 13 və 15 yaşlı qardaşlar yaralanıb. Onlar dövlət xəstəxanasına yerləşdirilib.

“Sülh Çeşməsi” hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən Mardinin Suriya sərhədində yerləşən Qamışlı bölgəsində 5 YPG/PKK terrorçusu zərərsizləşdirilib.

Əməliyyat davam edir.

***

11:05

“Sülh Çeşməsi” hərəkatının başlamasından sonra YPG/PKK terrorçuları Suriyanın şimalında fərqli cəbhə açmaq cəhdi ilə “Fərat Qalxanı” hərəkatı bölgəsindən Suriya Milli Ordusuna hücumlar təşkil edib.

Terrorçular Bab və Azezdə 7 kənd və SMO mövqelərini atəşə tutub. Təl Rıfat bölgəsindən isə ordunun mövqelərinə sızmağa cəhd göstəriblər.

SMO savaşçıları terrorçulara cavab verib. Qarşıdurma 2 saata yaxın davam edib. Türkiyə Silahlı Qüvvələri terrorçuların mövqelərini top atəşinə tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png