SON DƏQİQƏ: Hava limanında ərəbistanlı sərnişinlər GÜLLƏLƏNDİ – VİDEO

Pakistanın Lahor beynəlxalq hava limanında silahlı insident baş verib.

ONN media yerli mənbələrə istinadən xəbər verir ki, hələlik adı açıqlanmayan şəxsin tapanca ilə açdığı atəş nəticəsində 2 nəfər həyatını itirib. 3 sərnişin yaralanıb. Məlumata görə, silahlı Səudiyyə Ərəbistanından gələn sərnişinləri hədəfə alıb.

Şübhəli polis tərəfindən zərərsizləşdirilərək, nəzarətə götürülüb. Hadisənin şəxsi münaqişə zəmnində baş verdiyi güman edilir.