SON DƏQİQƏ: İranı silkələyən hadisə – Daha bir komandan öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Təşkilatının komandanı Əbdülhüseyn Mücəddəmi silahlı hücuma məruz qalıb.

ONN media xəbər verir ki, komandan evində ölü halda tapılıb.

“Fars” yarı-rəsmi xəbər agentliyinin məlumatına görə, Mücəddəminin Şadqan şəhərinin Darhovin qəsəbəsində yerləşən evinə naməlum maskalı şəxslər tərəfindən silahlı basqın təşkil olunub.

Şadqan Valiliyi istintaqa start verib. Proseslə bağlı ictimaiyyətə məlumat veriləcəyi deyilir.

Qeyd edək ki, daha əvvəl SEPAH-ın “Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ qüvvələri tərəfindən öldürülüb.