ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Moskva danışıqları nəticəsiz qaldı – BÖYÜK MÜHARİBƏ BAŞLADI

SON DƏQİQƏ: Moskva danışıqları nəticəsiz qaldı – BÖYÜK MÜHARİBƏ BAŞLADI
14 Yanvar 2020 - 11:56

“Atəşkəs müqaviləsi Liviya Milli Ordusunun bir çox tələblərinə məhəl qoymur. Buna görə də imzalamadım”.

ONN media xəbər verir ki, bunu Liviyanın inqilabçı generalı Xəlifə Haftar ötən gün Rusiyanın paytaxtı Moskvada Milli Barışıq Hökumətinin baş naziri Faiz əs-Sərrac ilə atəşəkəs sazişini imzalamamasının səbəblərini “Əl-Ərəbiə” telekanalına açıqlayarkən deyib.

Qeyd edək ki, Haftar ötən gün keçirilən toplantıda müzakirələrin yekunu olaraq təqdim edilən atəşkəs müqaviləsini imzalamadan salonu tərk etmişdi.

“Sky News”un daha əvvəl verdiyi xəbərə görə, Haftar ordusunun paytaxt Tripolidə yerləşdirilməsini, Türkiyə və Suriyadan göndərilən muzdlu ordunun Liviyadan çıxmasını və parlamentdə mandata sahib olmasını tələb edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png