ONN media

SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər…

SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər…
09 Oktyabr 2019 - 14:13

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Sülh bulağı” hərbi əməliyyatlarına start verib.

ONN media xəbər verir ki, bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.

TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı.

Qeyd edək ki, Türkiyə ordusuna Azad Suriya Ordusunun Həmzə Tüməni ağır silahlarla dəstək verəcək.

Ceylanpınarda yerləşdiriləcək 14 min əsgər mərhələli şəkildə hərəkata qatılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png