SON DƏQİQƏ: Türkiyə üçün tarixi gün – S-400-lər gəldi /İLK GÖRÜNTÜLƏR- YENİLƏNDİ

Türkiyə Müdafiə Sənayesi Nazirliyi S-400 zenit raket kompleksi ilə bağlı açıqlama yayıb.

ONN media xəbər verir ki, açıqlamada deyilir:

“Uzaqmənzilli bölgə hava və raket müdafiə sistemi layihəsi çərçivəsində nazirlik ilə “Rosoboronexport” arasında imzalanmış anlaşmaya əsasən, S-400 sisteminin tədarükünün ilk mərhələsi bu gün başlayıb. Sistemə aid hissələrin çatıdırılması növbəti günlərdə davam edəcək. Sistem tamamilə hazır olandan sonra aidiyyəti məqamların müəyyən edəcəyi şəkildə istifadəyə veriləcək”.